Author

Topic: Azerbaycan'da Bitcoin (Read 5455 times)

jr. member
Activity: 51
Merit: 2
https://www.sterlingsovereign.co.uk/
February 14, 2019, 03:57:17 PM
#16
Aslında Türkish forumun altında Diğer Türk Lehçeleri olarak bölümler açılsa daha mantıklı olabilir, Azerbaycanlı kardeşlerimizle anlaşmamız çok kolay zaten dillerimiz birbirleri ile anlaşılabilir ancak kırgızistan, kazakistan, özbekistan gibi diğer Türki Cumhuriyetlerini alt başlık olarak eklense Turkish in altına güzel olur.
jr. member
Activity: 406
Merit: 1
February 14, 2019, 12:17:05 AM
#15
gayet mantıklı bir adım olmuş bu. piyasalar bu seviyeye geldikten sonra artık forumun türkçe kısmına olan ilgi ciddi manada azalmıştı.
member
Activity: 448
Merit: 15
February 13, 2019, 06:03:51 AM
#14
Güzel bir fikir ve uygulama olmuş.

Buradan Azerbaycan Türk'ü arkadaşlara selamlarımı iletirim.

Bahaneyle başlık up'lansın.

Kolay gelsin.
newbie
Activity: 13
Merit: 0
February 12, 2019, 02:59:55 PM
#13
Bitcoin hakkında daha çox bilgi Youtube kanalımda  https://www.youtube.com/channel/UCCo3P41u8eW4U2qOuaSXK6Q?view_as=subscriber

Və ya suallarınızı   telegram chatimizda verin   https://t.me/azerchain
hero member
Activity: 644
Merit: 501
August 04, 2015, 06:33:35 PM
#12
Avstraliya Senatının İqtisadiyyat Komissiyası, Bitcoin və digər virtual pulların da kommersiya əməliyyatlarında istifadə edilən digər pul vahidləri ilə bərabər tutulması üçün yeni bir qanun layihəsi hazırlayıb.

Qanun layihəsinin Senatda müzakirəyə çıxarılması və qəbul olunması gözlənilir.

Bir ölkənin Bitcoin-i rəsmi pul vahidi kimi qəbul etməsinin, son 5 ildə geniş tanınan virtual pul vahidinin etibarını artıracağı güman edilir.

Komissiyanın sədri Sam Dastyari, Bitcoin-in pul vahidi kimi tanınmasının ölkə iqtisadiyyatına mühüm töhfə olacağını bildirir:

"Heç şübhəsiz, belə bir addım Bitcoin-ə olan etimadı artıracaq. İnformasiya sektoru investorları üçün də investisiyalar daha asan hala gələcək. Avstraliyada investisiya qoymaq istəyən şəxs və şirkətlərin qarşısı açılmış olacaq" deyir.
Devamı:
http://www.marja.az/human-life/item/186265-bitcoin-i-tan%C4%B1yan-ilk-%C3%B6lk%C9%99-ola-bil%C9%99r.html

Türkiye'deki yayıncılık hızına yetişmişler Smiley

full member
Activity: 174
Merit: 100
August 02, 2015, 01:51:47 PM
#11
Güzel fikir. Azerbaydan'da da bitcoin gelişmelerini takip etmesi güzel olacaktır.
hero member
Activity: 519
Merit: 509
August 01, 2015, 12:21:31 PM
#10
Yaponiya polisi müflis olmuş MtGox şirkətinin direktorunu həbs edib. Şirkət əvvəllər dünyada ən böyük virtual valyuta mübadiləsi şirkəti olub.

30 yaşlı Mark Karpeles keçən fevral ayında 387 milyon dollar məbləğində "bitcoin" yoxa çıxması ilə əlaqədar saxlanılıb.

O, mübadilə kompyuter sisteminə daxil olaraq borclarla bağlı məlumatı təhrif etməkdə şübhəli bilinir.

MtGox iddia edir ki, təhrif yanlışlıqla baş verib, lakin sonradan şirkət müflisləşdiyini elan edib.

Yaponiyanın Kyodo xəbər agentliyi məlumat verib ki, cənab Karpeles-in adından çıxış edən vəkili müştərisinin qanunsuz heç nə etmədiyini bildirib.

Fransada doğulmuş cənab Karpeles-in bir milyon dollar məbləğində gəlir əldə etdiyi güman edilir, agentlik bildirib.

“Bitcoin” virtual valyutadır və qlobal kompyuterlər şəbəkəsi hansı sikkənin kim tərəfindən xərcləndiyini müəyyən edir.

Kaynak : http://www.bbc.com/azeri/international/2015/08/150801_bitcoin_chief_arrested?ocid=socialflow_facebook
full member
Activity: 210
Merit: 100
August 01, 2015, 02:27:24 AM
#9
iyi bi paylaşım olmuş düşünceniz için ellerinize sağlık Smiley
newbie
Activity: 3
Merit: 0
July 31, 2015, 08:47:22 AM
#8
Güzel bir düşünce.. Tebrik ediyorum..
hero member
Activity: 519
Merit: 509
July 31, 2015, 12:19:57 AM
#7

Bitkoin nədir

Bitkoin (“bit” – məlumat vahidi, “coin” – qəpik) rəqəmsal valyuta, elektron pul, “kriptovalyuta”, Dünya Bankı və ya Avropa Mərkəzi Bankı kimi rəsmi mövqelərin hesabatlarında isə virtual valyuta olaraq adlanır. Bitkoin istifadəçiləri arasında virtual olaraq vəsaitlərinin göndərilməsi və ya təsərrüfat subyektləri tərəfindən ödənişlərin qəbul edilməsi məqsədilə istifadə olunan elektron ödəniş sistemidir. Sistemin əsas üstünlüyü onun təmərküzləşməmiş olması, yəni digər elektron ödəniş sistemlərindən fərqli olaraq heç bir mərkəzdən idarə olunmamasıdır.

2009-cu ildə Satoşi Nakamoto təxəllüsü ilə bilinən, lakin anonim bir proqramçı tərəfindən yaradılmış və hazırda heç bir ölkə qanunvericiliyi ilə tənzimlənməyən bir sistemdir. Bitkoinin real valyutanı əvəz etməsi və ya hər hansı əmtəə kimi dəyərinin mütəmadi olaraq dəyişməsi bir sıra ölkələrdə haqlı narahatçılıqla qarşılanır. Beləki, bir sıra aparıcı redaksiyaların bu sahədə məqalələrində yer almış fikirlər bitkoinin heç bir qanunvericiliklə dəstəklənməməsinin gələcəkdə dünya iqtisadiyyatına təsirini və pul vəsaitlərini bu pul vahidində saxlayan istifadəçilərə sistem yararsız hala düşdüyü halda necə təsir edəcəyini əhatə edir.

İstifadə etmək üçün digər bir sıra e-pul sistemləri kimi elektron portmanat proqramını yükləyib kart və ya digər hesablardan ödəniş etmək həmçinin bitkoinləri geri dollara və ya digər valyutaya konvertasiya etmək mümkündür. Kriptoqrafik şifrələrlə qorunmuş məlumatların hesablaşmalarını təmin edən sistem bütün dünya şəbəkəsi üzrə maksimum 21 milyon bitkoindən çox emissiya edilməməsi üçün proqramlaşdırılmışdır. Məhz bu səbəbdən hər emissiya edilmiş bitkoin onun digər valyutalar qarşısında dəyərini daha da artırır ki, 2009-cu ildən yaranan bu valyuta ABŞ dollarına 1000 dəfə bahalaşmışdır, beləki 1 bitkoin artıq təxminən 1020 ABŞ[1] dollarına bərabərdir.

İstifadəçiləri üçün əsas üstünlüyü ödənişlərin anonimliyi və bir əmtəə kimi qiymətinin mütəmadi dəyişməsidir. Ödəyicilər haqda məlumatların internet üzərindən yüksək riyazi alqoritmlərlə şifrələnməsi anonimliyi tam təmin edir. Sistemin bu imkanı həmçinin bir sıra qeyri-qanuni əməliyyatlara gətirib çıxarır. Beləki, cari ilin oktyabr ayında ABŞ hüquq mühafizə orqanları tərəfindən qeyri qanuni narkotik vasitələrin satışı sahəsində kifayət qədər məşhur olan və milyonlarla ödənişlərini bitkoinlə qəbul edən “Silk Road” adlı elektron mağaza ifşa olunmuşdur.

Heç bir mərkəzi bank tərəfindən emissiya edilməyən və heç bir valyutadan asılı olmayan bitkoini qazanmaq, o cümlədən yeni bitkoin emissiya etmək də mümkündür. Məsələn, “Mining Bitcoin” adlı proqramı yükləməklə bitkoin sisteminə server kimi xidmət göstərmək, yəni ümumi bitkoin ödəniş tranzaksiyalarının emal olunması prosesinə şəxsi kompüterin prosessoru vasitəsilə kömək etmək və müqabilində müvafiq xidmət haqqı qazanmaq mümkündür. Bu yolla sistemin idarə olunması mərkəzləşmiş texniki infrastruktur xərclərindən azad olur və istifadəçilər qarşısında sözügedən valyutaya maraq yaradır.

Qanunvericilik

Almaniya Maliyyə Nazirliyi cari ilin ortalarında bitkoini “maliyyə aləti” kimi leqal vasitə olaraq müəyyən etmiş və onun vasitəsilə ödənişləri tanıyacağı barədə bildirmişdir. Həmçinin, ABŞ-ın Federal Rezerv Bankı da bitkoinin gələcəyi barədə açıqlama vermişdir. Lakin, qeyd olunduğu kimi, hazırda bitkoin heç bir ölkə tərəfindən tənzimlənmir və ya hər hansı bir valyutaya bağlanmamışdır.

Beynəlxalq təcrübədə tətbiq sahələri

Bir çox elektron təsərrüfat subyektlərində bitkoin vasitəsilə ödənişlər etmək mümkündür. Bunlardan “Alexa.com” və ya “Wordpress.com” veb saytlarını nümunə çəkmək olar. Həmçinin, “Paypal” gələcəkdə bitkoin qəbul edə biləcəyinin mümkün olduğu barədə açıqlama vermişdir. Lakin məşhur “Ebay” və ya “Amazon” kimi elektron kommersiya nəhənglərinin hələ də bitkoin istifadəsinə tamamilə etibar etmədikləri və bu valyutadan tam olaraq istifadə etmədikləri müşahidə olunur.

Emil Rüstəmov, Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin əməkdaşı

Kaynak : http://www.marja.az/financial/news/money/item/86038-



hero member
Activity: 519
Merit: 509
May 13, 2015, 04:24:30 AM
#6
Mobil və ya kripto valyuta adlandırılan Bitcoin 2009-cu ildə Satoshi Nakamoto tərəfindən yaradılmışdır. Satoshi Nakamotonun əsl kimliyi bugünə qədər ictimaiyyətə sirr olaraq qalmaqdadır. Bitcoin haqqında nə bilirsiniz?Sözügedən virtual valyutanın yaradılması arxasında duran əsas fikir və idea ənənəvi bank kanallarından istifadə etmədən ucuz və sürətli onlayn ödənişlərə imkan yaratmaq idi. 2013-cü ilin yanvar ayında Bitcoin-un qiyməti 20.41 ABŞ dollarından eyni ilin noyabr ayında 1124.76 ABŞ dollarına qalxan zaman o, çoxlarının diqqət mərkəzinə düşərək populyarlıq qazandı.

2014-cü ilin oktyabr ayında Bitcoin ATM-lərinin sayı 4 dən 252-ə qədər çatdı. 2014-cü ilin oktyabrına olan məlumata görə Bitcoin ATM-lərinin əsas hissəsi ABŞ (76) və Kanadada (62) yerləşirdi. 2014-cü sentyabr ayına Avropada yerləşən Bitcoin ATM-ləri qlobal ATM bazar payının 29.84%-ni təşkil etmişdir. Qeyd olunan tarix üçün dünya üzrə lider ATM istehsalçısı 33.8 % bazar payı ilə Lamassu şirkəti idi.

Bütün bunlara baxmayaraq Bitcoin termini insanlar arasında o qədər də tanınmır. 2014-cü ilin yanvar ayında ABŞ-da keçirilən sorğu zamanı iştirakçıların 76%-i Bitcoin haqqında məlumatlı olmadıqlarını etiraf etmişdilər. Bitcoin haqqında nə bilirsiniz?2014-cü ilin iyun ayında ABŞ-da keçirilən digər sorğuda isə mobil əməliyyatlarda maraqlı olan sorğu iştirakçılarının 36%-i Bitcoin haqqında heç vaxt eşitmədiklərini söyləmişdilər. 2013-cü ilin dekabrında ABŞ-da aparılan daha bir sorğu zamanı Bitcoin nədir sualına cavab verən respondentlərin 6%-i onun x-box oyunu, digər 6%-i isə i-phone tətbiqetməsi olduğunu söyləmişdilər.

Amerika Birləşmiş Ştatlarının vətandaşlarının Bitcoin-dən istifadə etməklə bağlı əsas narahatlıqları sırasında Bitcoin təhlükəsizliyinin imkanları, əməliyyat sığortasının və sistemlə bağlı hüquqi tənzimləmələrin olmamasını söyləmək olar. 2013-cü ilin dekabrında keçirilən sorğunun nəticələrinə görə sorğuda iştirak edənlərin yarısı gələcəkdə Bitcoin-dən internet alışları zamanı istifadə etməkdə maraqlı oldurlarını demişlər. Buna baxmayaraq haqqında danışılan bu virtual valyutanın gələcəyi hələ də naməlum olaraq qalır. Bitcoin-dən istifadə etməklə bağlı əsas problemlər həll edildikdən və insanlar Bitcoin-ə güvənməyə başlayandan sonra sözügedən sistem dünyada ən məşhur onlayn ödəniş vasitələrindən birinə çevrilə bilər./statista.com/

Kaynak: http://etacir.az/main/170-bitcoin-haqqinda-ne-bilirsiniz.html
legendary
Activity: 1470
Merit: 1024
April 10, 2015, 11:05:22 AM
#5

Türkiyədəki www.ciceksepeti.com CEO-su  Emre Aydından ilham alan tələbələr www.baharciceyi.com-a Azərbaycanın bütün çiçək satışını həyata keçirən mağazaları inteqrasiya

Kalın yaptığım link hatalı olmuş bitkoyun. Siteyi açmıyor.
hero member
Activity: 519
Merit: 509
April 10, 2015, 11:01:57 AM
#4
Türkiyənin Anadolu universitetində oxuyan Azərbaycanlı tələbələr Bakıda bir onlayn gül mağazası açıblar.

Mağazanın diqqəti çəkən xüsusiyyəti, ödəmələri dünyanın hər yerindən olan bütün bank kartları ilə yanaşı “Paypal” və “Bitcoin” ilə də qəbul edilməsidir.

Türkiyədəki www.ciceksepeti.com CEO-su  Emre Aydından ilham alan tələbələr www.baharciceyi.com a Azərbaycanın bütün çiçək satışını həyata keçirən mağazaları inteqrasiya etmək istəyirlər. Çiçək satışı ilə bərabər saytda həmçinin, xüsusi hazırlanmış yaradıcı hədiyyələr, oyuncaqlar, müxtəlif növ aksesuarlar almaq mümkündür. Sonraki aylarda isə www.baharciceyi.com da şirniyyat və parfumlərində satışın görmək mümkün olacaqdır.

İstifadəçilərin təhlükəsizliyini qorumaq üçün sistemdə SSL sertifikatı və PCI DSS standartları aktiv olunmuşdur. Eyni vaxtda bu Azərbaycanda ilk dəfə PCI DSS standartını tətbiq edən elektron ticarət platforması deməkdir.

Rəhbərliyi Nazim Həsənov və Cavid Mehdizadə təmsil olunan şirkətin konsultasiya xidmətinidə müxtəlif startaplarla (start-up) tanıdığımız Nicat Manafov etmişdir.

Kaynak: http://www.marja.az/mikro/environment/item/176407-az%C9%99rbaycan%C4%B1n-ilk-%E2%80%9Cbitcoin%E2%80%9D-q%C9%99bul-ed%C9%99n-e-ticar%C9%99t-startap%C4%B1.html

---------

Taksiyle çiçek teslimatı yapan Baharciceyi.com, Azerbaycan’ın Çiçek Sepeti olmak istiyor

Türkiye’de okuyan Azerbaycanlı iki girişimcinin kurduğu Baharciceyi.com, Bakü’de hızlı çiçek siparişinin adresi olmak istiyor.

Anadolu Üniversitesi’nde okuyan Nazim Hasanov ve Cavid Mehdizade tarafından kurulan Baharciceyi.com, Ekim 2014 Azerbaycan e-ticaret pazarına giriş yapmış. 30 taksiciyle anlaşarak başkent Bakü’nün her noktasına 2 saat içinde çiçek siparişi teslim etmeye başlamış. Zira Azerbaycan e-ticaret sektöründe en büyük sorunun taşımacılık/lojistik altyapısı olduğu belirtiliyor.

Çiçeklerin yanısıra özel hediyelik eşyaların da sipariş edilebildiği Baharciceyi.com, zaman içinde ürün çeşitliliğini artırmak istiyor. Şu anda 2 çiçekçiyle çalışıyor ama hedefi 1 sene içinde Bakü’deki çiçekçilerin hepsini aynı çatı altında birleştirmek.

Kaynak: http://webrazzi.com/2015/02/13/taksiyle-cicek-teslimati-yapan-baharcicayi-azerbaycanin-cicek-sepeti-olmak-istiyor/

legendary
Activity: 1470
Merit: 1024
April 10, 2015, 10:53:43 AM
#3
İngilizce ve rusça bölümlerinde de duyuru yapmak lazım onları haberdar etmek için. Çoğunun buraya geleceğine eminim.
hero member
Activity: 519
Merit: 509
April 10, 2015, 10:52:55 AM
#2
AgahMedia.Com informasiya portalının Mincom.gov.az saytına istinadən məlumatına görə, Beynəlxalq Valyuta Fondu yeni “Dot Money” virtual valyutasını təqdim edib.

“Dot Money” virtual valyuta olmaqla “Bitcoin” rəqəmli pulunda tətbiq olunan oxşar texnologiyadan istifadə edir.

“Payspacemagazine” resursu xəbər verir ki, yeni kriptovalyuta dünya iqtisadiyyatını sabitləşdirməyə kömək etmək, insanları və ölkələri yerli valyutaların devalvasiyasından qorumaq məqsədilə hazırlanıb. “Dot Money”dən dünyanın hər yerində internetə məcburi qoşulmadan istifadə etmək mümkün olacaq.

“Bitcoin” valyutasından fərqli olaraq “Dot Money” hökumət, hüquq-mühafizə orqanları, bank və maliyyə müəssisələri ilə əməkdaşlıq edərək fəaliyyət göstərəcək mərkəzi inzibatçıya malikdir.

Ekspertlərin fikrincə, kriptovalyutalar ənənəvi bank sisteminin gəlirləri üçün təhlükə yaratmaqda davam edir.

Kaynak: http://agahmedia.com/2015/04/10/yeni-virtual-valyutanin-teqdimati-oldu/
hero member
Activity: 519
Merit: 509
April 10, 2015, 10:51:19 AM
#1
Bu konu başlığı altında Azerbaycan kaynaklı bitcoin ve kriptopara haberlerini toplamak istiyorum. Amacım forumun Rusça ve İngilizce bölümünde yazan Azerbaycanlı arkadaşlarımızı da Türkçe bölümüne çekip buradaki hareketliliği artırmak.
Jump to: